NATO hərbçiləri dinc sakinlərə qənim kəsilib
21 Yanvar 2010 Cümə Axşamı 19:25
Əfqanıstanda keçirilən reyd zamanı bir ailənin 3 üzvü qətlə yetirilib
Əfqanıstanın cənub-qərbində NATO hərbçilərinin təşkil etdiyi hərbi reyd zamanı 4 əsgərin öldürüldüyü barədə xəbərlər yayılıb. Lakin hadisə şahidləri ölənlərin NATO hərbçiləri deyil, dinc sakinlər olduğunu iddia edir.
Hər dəfə NATO hərbçiləri tərəfindən keçirilən reydlər zamanı günahsız insanların öldürülməsinə etiraz əlaməti olaraq Qəzni əyalətinin paytaxtında 500-dən çox insanın qatıldığı nümayiş aksiyası keçirilib.
Şahidlərin sözlərinə görə, beynəlxalq hərbi qüvvələr Qəzni əyalətinin Qara bağ rayonuna helikopterlərdən hava hücumu təşkil ediblər.
Sakinlərin sözlərinə görə, aviazərbələr nəticəsində bir ailənin 3 üzvü öldürülüb. Daima təkrarlanan hadisələrdən təngə gələn dinc sakinlər hökümət nümayəndələrindən bu məsələyə aydınlıq gətirməyi və bu barədə ətraflı düşünməyi tələb edib. Əfqanıstanda yerləşən NATO kontingenti isə onlara qarşı edilən ittihamları rədd edib. Beynəlxalq Hərbi Qüvvələr Komandanlığı hərbi reydlər zamanı heç bir dinc sakinin zərər çəkmədiyini iddia edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: