NATO əsgərlərinə dinclik yoxdur
29 Avqust 2010 Bazar 13:10
Taliblər NATO-nun Əfqanıstandakı qüvvələrinə hücum edib.
Əfqanıstanın Host şəhərində onlarla “Taliban” döyüşçüsü NATO-nun “Salerno” və “Kamp çapman” hərbi bazalarına hücum edib. Döyüşçülər ABŞ hərbi bazalarını qumbaraatanlardan atəşə tutub. Atışma bir neçə saat davam edib. ABŞ hərbçilərinin əks hücumu və havadan zərbə nəticəsində “Salerno” hərbi bazasında 15, “Kamp çapman”da isə 20 taliban döyüşçüsü öldürülüb, 5-i isə əsir götürülüb.
Atışmanını baş verdiyi ərazinin yaxınlığında içində döyüş sursatları və partlayıcı maddələrin olduğu 2 avtomobil tapılıb. Bu barədə Əfqanıstanda təhlükəsizliyin təmin edilməsi üzrə beynəlxalq qüvvələrin nümayəndələri məlumat verib.
Talib döyüşçülərin hücumu nəticəsində 4 sülhməramlının yaralandığıda bildirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: