NATO Əfqanıstandan 2014-cü ildə çıxacaq
21 Noyabr 2010 Bazar 15:05
Bu barədə alyansın Lissabon sammitində razılıq əldə olunub
NATO-nun komandanlığı altında olan silahlı qüvvələr Əfqanıstanı 2014-cü ildə tərk edəcək. ANS PRESS-in “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə NATO-ya üzv ölkə liderləri ilə Əfqanıstan prezidenti Həmid Kərzayi arasında alyansın Lissabon sammiti çərçivəsində aparılan danışıqların yekununda razılıq əldə olunub.
Lissabonda əldə olunan razılaşmaya əsasən, NATO qüvvələri ölkə ərazisinə idarəçiliyi artıq 2011-ci ildən əfqan hüquq-mühafizə orqanlarına təhvil verməyə başlayacaq. Prosesin üç il ərzində, yəni 2014-cü ildə başa çatdırılması planlaşdırılır.

Şimali Atlantika Alyansının baş katibi Anders Foq Rasmussen bildirib ki, “bu əfqan xalqına öz ölkələrinə sahiblik etmək imkanı verəcək”. Bununla yanaşı o qeyd edib ki, NATO missiyanı başa çatdırmaq üçün lazım olan qədər Əfqanıstanda qalacaq, lakin bundan sonra da alyans bu ölkədə “dəstəkverici rol” oynayacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar