NATO baş katibinin vəziyyəti qəflətən pisləşdi
21 İyul 2009 Çərşənbə Axşamı 20:40
Həkimlər 61 yaşlı Sxefferə arterial tromboz diaqnozu qoyublar

NATO baş katibi Yap de Hoop Sxeffer təcili olaraq Brüssel xəstəxanalarının birinə yerləşdirilib ANS PRESS-in “RİA-Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə alyansın rəsmi nümayəndələri məlumat verib.

Onların məlumatına görə, həkimlər 61 yaşlı baş katibə arterial tromboz diaqnozu qoyublar.

Xatırladaq ki, Sxeffer iyulun sonunda öz postunu tərk edir. Qurumun yeni baş katibi Anders Foq Rasmussen avqustun 3-dən rəsmən öz vəzifəsinin icrasına başlayacaq. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar