NATO aviasiyası səhvən Liviya qiyamçılarını bombalayıb
19 İyun 2011 Bazar 03:53
Alyansın “xoşagəlməz insident” adlandırdığı hadisə nəticəsində qiyamçılar arasında itkilər olub.
NATO-nun Liviyadakı əməliyyatlar üzrə komandanlığı koaoisiya təyyarəsinin səhvən qiymçıların mövqelərinə zərbələr endirdiyini təsdiqləyib. BBC-nin məlumatına görə, hadisə iyunun 16-da baş verib. Liviyanın qərbində, Breqa şəhəri yaxınlığında qiyamçılara məxsus hərbi texnika karvanı bombalanıb.

NATO iddia edir ki, qiyamçılar Liviya lideri Müammər Qəddafinin qüvvələrinin nəzarətindəki ərazidə olublar. Ona görə də Şimali Atlantika alyansının aviasiyası səhvə yol verib.

NATO-nun bəyanatında deyilir ki, Liviyadakı əməliyyatın komandanlığı insanların ölməsi ioə nəticələnən xoşagəlməz insidentdən təəssüflənir. Lakin neçə nəfərin öldüyü barədə heç bir məlumat verilmirö

Xatırladaq ki, NATO aviasiyası aprelin 7-də də Breqa şəhəri yaxınlığında analoji yanlışlığa yol vermiş və nəticədə beş qiyamçı ölmüşdü. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar