NATO aviasiyası Liviya paytaxtına zərbələr endirib
22 May 2011 Bazar 06:18
Tripoli limanı və Qəddafinin iqamətgahının yerləşdiyi rayon hədəfə alınıb.
NATO aviasiyası ötən gecə Liviyanın paytaxtı Tripolidəki limana və Liviya lideri Müammər Qəddafinin iqamətgahının yerləşdiyi Bab əl-Əziziyyə rayonuna zərbələr endirib. Məlumatı “Frans Press” agentliyi Liviya hakimiyyətinin nümayəndəsinə istinadən yayıb.
“Limana və Bab əl-Əziziyyə rayonuna iki zərbə endirilib”, - Cəmahiyyənin nümayəndəsi bildirib. Qırıcılardan biri Tripoli üzərində aşağı yüksəklikdən uçub.
“Frans Press” agentliyi qeyd edir ki, Tripoli hava hücumlarına hər gün məruz qalır.
Xatırladaq ki, fevralın ortalarından Liviyada 40 ildən çoxdur hakimiyyətdə olan Müammər Qəddafinin istefası tələbi ilə kütləvi aksiyalar keçirilir. Sonradan aksiyalar hökumət qüvvələri ilə qiyamçılar arasında silahlı qarşıdurmaya çevrilib.
Martın 17-də BMT Təhlükəsizlik Şurası xarici hərbi kontingentin Liviyadakı vəziyyətə müdaxilə etməsinə imkan verən qətnaməni qəbul edib. İartın 19-da isə Liviyaya qarşı hərbi əməliyyatlar başlayıb. Əməliyyatlarla Böyük Britaniya, Fransa, ABŞ, Kanada, Belçika, İtaliya, İspaniya, Danimarka və Norveç iştirak edir.
Liviyanı mütəmadi hava hücumlarına məruz qoyan NATO-nun hərbi komandanlığı dəfələrlə bəyan edib ki, Müammər Qəddafinin fiziki cəhətdən sıradan çıxarmağa çalışmır. Lakin mayın 1-inə keçən gecə hava hücumları zamanı Liviya liderinin kiçik oğlu, 29 yaşlı Saif əl Ərəb, eləcə də, Qəddafinin üç nəfəsi, bir neçə dostu və qonşusu öldürülüb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: