NASA dünyanın sonu ilə bağlı açıqlama verib
29 Noyabr 2012 Cümə Axşamı 11:50
ABŞ-ın kosmik agentliyi bununla bağlı məqalə dərc edib
Dekabrın 21-də qiyamət günü olacağı ilə bağlı bir çox deyilənlər və nəzəriyyələrin səslənməsinə baxmayaraq dünyanın sonu olmayacaq. Ən azından buna ABŞ-ın kosmik agentliyi NASA bildirib.

“2012-ci ildə dünyanın sonu olmayacaq. Planetimiz 4 milyard il sağ-salamat olub və dünyanın sonu olacaq deyə yayılan şayiələrin heç bir elmi əsası yoxdur”, - deyə NASA-nın saytında yerləşdirilən məlumatda bildirilir.

Bu məqalədə dünyanın sonu haqda iddia edilən populyar nəzəriyyələr təkzib olunur. Onlardan birində deyilir ki, Yer Günəş sistemində gəzən mifik planet Nibiru ilə toqquşacaq. Bu planetin mövcudluğu haqda o vaxt şumerlər xəbər veriblərmiş. Bu ssenariyə görə dünyanın sonu hələ 2003-cü ilin may ayına planlaşdırılmışdı. Lakin həmin tarixdə heç nə baş vermədiyindən o tarixi 2012-ci ilin dekabrın 21-ə keçirdilər. Məhz bu tarxidə Mayya hindularının təqvimlərdən birinin dövri bitir.

“21 dekabr 2012-ci il bəşəriyyətin sonu olmayacaq, lakin həmin tarixdə qış vaxtına keçid olacaq, yəni gün dönümü- Günəşin göy ekvatorunun ən uzaq ekliptika nöqtəsindən keçməsi vaxtı. Bu hadisə ildə iki dəfə olur-Yayda iyunun 22-də və qışda dekabrın 22-də”, - deyə NASA qeyd edib.

Bundan başqa, amerikalı alimlər əmindirlər ki, qədim mayalar, ümumiyyətlə, dünyanın sonundan xəbər verməyiblər: “Mətbəxinizdəki təqvim 31 dekabrda bitirsə, bu vaxtın bitməsi demək deyil. Elə maya təqvimi də 2012-ci ilin dekabrın 21-də bitmir. Bu tarix uzunsürən müddətdə maya vaxtının hesablama sistemində sonuncudur, lakin sonra onlarda yeni dövr başlayır- yəni ki, yanvarı birində siz divarınızdan yeni təqvim asacaqsınız”.

NASA bu söz-söhbətlərlə bağlı yayılan istənilən digər nəzəriyyələri də təkzib edir. Astronom, astrobioloq, asteroid və Günəş sistemini öyrənən mütəxəssislərdən ibarət NASA arzuedənlər üçün bu gün “Google”da internet-konfrans keçirəcək.








DOSTLARINLA PAYLAŞ:

oyunlar