NASA başını qarışdıran sirli daş
02 Fevral 2014 Bazar 20:07
Mars planetində NASA gəmisinin qarşısına çıxan daş alimləri heyrətləndirib.
2004-cü ildən NASA tərəfindən "Qırmızı planet"ə göndərilən “Opportunity” gəmisi vasitəsilə əldə edilmiş yeni fotolar alimlərin heyrətinə səbəb olmuşdu.

ANS PRESS-in xarici mətbuata istinadən məlumatına görə, 2013-cü ilin qışından bəri yerindən tərpənməyən kosmik gəminin qarşısına qəribə bir daş çıxmışdı.

Daşın əvvəl göndərilən görüntülərdə olmadığı bildirilmişdi.

NASA-nın veb səhifəsində verilən məlumata görə, "Opportunity"nin sol 3536 (Mars günü) tarixli şəklində görünməyən daş, sol 3540-cı il tarixli şəkildə birdən nəzərə çarpır.

"Pinnacle Island" adı verilən daş internetdə böyük müzakirələrə səbəb olub. Daşın haradan gəldiyinə dair qəti bir məlumat verilməsə də, bəziləri kosmik obyektin meteroit olduğunu ifadə edib.

Qəribə daş haqqında açıqlama verən NASA alimlərindən biri isə, "bu sadəcə bir daşdır" deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar