Narkotikanı pilotsuz təyyarə ilə çatdırırlar
10 İyul 2014 Cümə Axşamı 09:30
Meksika narkodillerləri mənfur əməllərində ən son texnikaların istifadəsindən belə çəkinmirlər.
Meksika narkotik alverçiləri ABŞ-a qanunsuz malın çatdırılması üçün pilotsuz təyyarələrdən istifadə edir. ANS PRESS-in məlumatına görə, hətta bunun üçün ölkədə məxsusi təyyarə istehsalı üçün məkan da yaradılıb.

Pilotsuz təyyarədən mənfur əməlin reallaşması üçün daha əvvəl də istifadə edilirdi. Lakin bu günə kimi təyyarələr xaricdən alınırdı. Artıq Meksika narkotik mafiyası təyyarələrin istehsalını təşkil edib.

Qeyd edək ki, Meksikanın əsas narkotik bazaları Mexiko, Keretaro, Qvadalaxara, Nuevo-Leon ştatındadır. Narkobaronlar tərəfindən götürülən işçilər, yalnız ikinci iş kimi işləyirlər və dəfələrlə çox qanorar alırlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar