Narkotik alverinə görə 70 polis həbs edilib
07 Oktyabr 2010 Cümə Axşamı 23:30
Puerto-Rikoda 120 nəfərə, o cümlədən hərbçilər və həbsxana mühafizəçilərinə ittiham irəli sürülüb.
ABŞ-ın federal agentləri Puerto-Rikoda narkotik ticarəti ilə əlaqədar təqsirli bilinən 70-dən çox polis işçisini həbs edib. Ümumiyyətlə isə, Federal Təhqiqatlar Bürosu (FTB) 120 nəfərə, o cümlədən hərbi qulluqçular və yerli həbsxanaların mühafizəçilərinə qarşı ittihamlar irəli sürüb. ABŞ-ın Ədliyyə Nazirliyi həbslərin FTB-nin tarixində ən iri olan polisdə korrupsiya cinayətlərinin təhqiqatının yekunları ilə əlaqədar keçirildiyini bildirib.

ABŞ-dan asılı ərazi sayılan Puerto-Rikoda ali hakimiyyət konqresə məxsusdur. Antikorrupsiya əməliyyatının həyata keçirilməsi üçün adaya 750 federal agent göndərilib.

Birləşmiş Ştatların baş prokuroru Erik Holder bildirib ki, onlarda təhlükəsizlik qüvvələri sıralarında korrupsiyanın kökünü kəsmək niyyəti heç vaxt indiki qədər güclü olmayıb. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar