Narkoman merin qalmaqallı videosu yayıldı
08 Noyabr 2013 Cümə 00:51
Rob Ford naməlum adamı öldürməklə təhdid edir və senzuradan kənar sözlər işlədir.
Kanadanın Toronto şəhərinin meri Rob Fordun iştirakı ilə yeni qalmaqallı video yayılıb. ANS PRESS “Toronto Star”a istinadən bildirir ki, həvəskar video çarxı, böyük ehtimalla merlə görüşmək istəyən insan mobil telefonla çəkib.
Rob Ford naməlum adamı öldürməklə təhdid edir, həm də fəal olaraq senzuradan kənar sözlərdən istifadə edir. Toronto meri çarx barədə jurnalistlərin suallarına cavab olaraq bildirib ki, çəkiliş zamanı o, “yetərincə ayıq” olub.
Qeyd edək ki, daha öncə Fordun narkotik vasitələrdən istifadə etməsi barədə videoçarx yayılmışdı. Rob Ford bununla bağlı şəhər sakinlərindən nakrotiklərə həvəsinə görə üzr istəmişdi. Bununla belə, mer vəzifəsində qalacağını və istefa verməyəcəyini də söyləmişdi.
DOSTLARINLA PAYLAŞ: