Narkoman mer müalicədən sonra işinə qayıtdı
01 İyul 2014 Çərşənbə Axşamı 00:00
O, gündə cəmi 4 saat işləyir, iş yerinə fahişələr gətirir.
Toronto meri Rob Ford narkotika asılılığına qarşı müalicədən sonra öz işinə geri qayıdıb.
ANS PRESS-in məlumatına görə, müalicə kursu iki ay çəkib. Ford xəstəxanaya may ayında yerləşdirilmişdi.
Ford Toronto meri vəzifəsini 2010-cu ildən tutur. O, şəhər rəhbərliyinin xərclərini azaltmağa söz verib. Həmçinin zibil daşınmasını özəl şirkətə verib, nəqliyyatda vergini ləğv edib.
Amma narkotikadan istifadənin etirafı onun reytinqini xeyli aşağı salıb. İşçiləri etiraf edib ki, o, gündə cəmi 4 saat işləyir, iş yerinə fahişələr gətirir. Həmçinin sərxoş halda sükan arxasına keçir və parkinq meydançasını tualet kimi istifadə edir.
DOSTLARINLA PAYLAŞ: