Naoto Kan Yaponiya xalqına müraciət edib
18 Mart 2011 Cümə 18:05
O, xalqı həmrəy olmağa çağırıb
Yaponiyanın baş naziri Naoto Kan xalqa müraciətində vətəndaşları ölkənin yaşadığı ən pis böhrana qarşı mübarizədə həmrəy olmağa çağırıb. Naoto Kan bildirib ki, qəzanın baş verdiyi atom-elektrik stansiyasındakı vəziyyət optimist olmağa imkan verməsə də, bu böhranın onlara üstün gəlməsinə yol vermək olmaz. O, Yaponiya hökumətinin xalqı və beynəlxalq ictimaiyyəti Fukusima 1 AES-dəki problemlərlə bağlı şəffaf məlumatlarla təmin etdiyini də deyib.

Yaponiya polisi isə martın 11-də baş vermiş zəlzələ və sunami nəticəsində 6539 nəfərin öldüyünü rəsmən təsdiqləyib. Polisin verdiyi məlumata görə 10354 nəfər itkin düşmüş hesab edilir.

Bu, 1995-ci ildə 6434 nəfərin ölümü ilə nəticələnmiş Böyük Hanşin Zəlzələsindən sonra Yaponiya tarixində ən dəhşətli təbii fəlakət hesab edilir. Ən çox itki verən ərazilər isə Miyaqi,İvate və Fukusima prefekturalarıdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar