Naomi Cempbell Əminə Ərdoğanla görüşüb
09 İyun 2009 Çərşənbə Axşamı 16:05
Top modellə Türkiyə baş nazirinin xanımının görüşü mətbuata qapalı keçib

Türkiyədə səfərdə olan tanınmış model Naomi Cempbell bu ölkənin baş nazirinin xanımı Əminə Ərdoğanla görüşüb.  Türkiyə mətbuatının məlumatına görə, mətbuata bağlı olan görüş 1 saat 50 dəqiqə davam edib. Görüş Baş nazirliyin rəsmi iqamətgahında keçirilib.
Qeyd edək ki, tanınmış model rus sevgilisi Vladislav Doronin ilə Trükiyənin Antalya şəhərinə gəlib.  Həftəsonu o, istanbulda keçirilən Formula-1 yarışlarını da izləyib. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar