Naməlum şəxslər 14 zərgəri güllələyib
25 May 2010 Çərşənbə Axşamı 17:55
Naməlum şəxslər 14 zərgəri güllələyib. Hadisə Bağdad bazarında baş verib.
Bağdadın cənub-qərbində qızıl-zinət əşyalarının satıldığı bazara on nəfər naməlum şəxs hücum edib. Həmin şəxslərin açdığı atəş nəticəsində 14 nəfərin öldüyü bildirilir. Bu barədə İraqın Daxili İşlər Nazirliyinə istinadən “Reuters” informasiya agentliyi məlumat yayıb.

Hadisə şahidlərinin sözlərinə görə, bazarda bir neçə partlayış səsi də eşidilib. Hazırda bazar ərazisi polis tərəfindən mühasirəyə alınıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar