Nalçikdə sahə müvəkkilini qətlə yetiriblər
22 Noyabr 2010 Bazar Ertəsi 11:55
İnquşetiyada isə pravoslav kilsəsi atəşə tutulub
Rusiya Fedarasiyasının Kabarda Balkar Respublikasında qətl hadisəsi baş verib. Paytaxt Nalçik şəhərində milis bölməsində naməlum şəxslər sahə müvəkkilini qətlə yetiriblər. Milis əməkdaşının üzərində olan “Makarov” markalı silah da oğurlanıb. Hadisə ilə bağlı araşdırma aparılır. İnquşetiyada isə bu gecə pravoslav kilsəsi atəşə tutulub. Hadisə Orconkidze stansiyasında baş verib. Naməlum şəxslər qumbaraatanlardan kilsənin günbəzini atəşə tutublar. Rahiblər arasında xəsarət alan olmayıb.
DOSTLARINLA PAYLAŞ: