Nalçikdə milis maşını atəşə tutulub
18 Sentyabr 2009 Cümə 02:45
Naməlum şəxslərin açdığı atəş nəticəsində bir milis əməkdaşı yaralanıb
Rusiyanın Nalçik şəhərində (Kabardin-Balkar) naməlum şəxslər milis maşınını atəşə tutublar. Hadisə nəticəsində bir milis əməkdaşı yaralaıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, insident ötən gün yerli vaxtla saat 20.30-da (Bakı vaxtı ilə 21.30-da) Nalçikin Şortanov küçəsindəki şəhər infeksion xəstəxanasının qarşısında baş verib.
Havanın qaranlıq olmasından istifadə edən silahlılar hadisə yerindən qaça biliblər. Hazırda hadisə yeri mühasirəyə alınıb və insident araşdırılır.
DOSTLARINLA PAYLAŞ: