Nalbandyan Sarkozinin adından məktub yazıb?
09 Sentyabr 2011 Cümə 22:53
Ermənistan müxalifətinin nümayəndəsi maraqlı bəyanatlarla çıxış edib
Bu gün Ermənistan müxalifəti hakimiyyətlə deyil, cılız dələduzlarla üz-üzədir. Ermənistan mətbuatının yazdığına görə, bunu bu gün İrəvanda keçirilən mitinqdə Erməni Milli Konqresinin Levon Zurabyan deyib. Prezident Serj Sarkisyanın hakimiyyətə qeyri-qanuni yiyələndiyini deyən Zurabyan tarixə ekskurs edərək bəzi maraqlı faktları açıqlayıb. Onun sözlərinə görə, Fransa prezidenti Nikolya Sarkozi Serj Sarkisyanı seçkilərdəki qələbə münasibəti ilə təbrik etmək niyyətində deyilmiş.

“O vaxtlar Ermənistanın Fransadakı səfiri olan Edvard Nalbandyan Yelisey Sarayındakı əlaqələrindən istifadə edərək təbrik formasını əldə edib. Sonra həmin kağızı dolduraraq onun surətini mətbuata yayıb. Nalbandyan əmin idi ki, Fransa rəhbərliyi qalmaqalda adının hallanmasını istəməyəcək və bu üzdən bu təbriki təkzib etməyəcək”, - deyə o vurğulayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar