Nalbandyan Klintonla görüşəcək
18 May 2011 Çərşənbə 15:54
Görüş Ermənistan XİN rəhbərinin ABŞ-a səfəri çərçivəsində nəzərdə tutulub
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan mayın 18-də ABŞ-a işgüzar səfər edəcək. ANS PRESS-in “ArmToday”a istinadən verdiyi xəbərə görə, səfər zamanı erməni nazirin ABŞ dövlət katibi Hillari Klinton və digər yüksək vəzifəli şəxslərlə görüşü planlaşdırılıb.

Ermənistanın XİN rəhbəri səfər zamanı “Brukinqs” siyasi mərkəzində çıxış da edəcək. Nalbandyanın, həmçinin ABŞ-ın erməni təşkilatlarının nümayəndələri ilə görüşü nəzərdə tutulub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar