Nalbandyan: "İstənilən halda pis sülh müharibədən yaxşıdır"
28 Yanvar 2011 Cümə 21:05
Ermənistan XİN rəhbəri hesab edir ki, Qarabağ münaqişəsinin tezliklə həlli bütün tərəflərin maraqlarına cavab verir
Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli bütün tərəflərin maraqlarına cavab verir. Bu açıqlama ilə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan “Russia Today” telekanalına müsahibəsi zamanı çıxış edib. “İlk növbədə hesab edirəm ki, zaman heç bir tərəfin xeyrinə işləmir: bu məsələni nə qədər tez həll etsək, bu, bir o qədər münaqişə tərəflərinin maraqlarına cavab vermiş olacaq”,- deyə o, bildirib.
Münaqişənin hərbi yolla həlli məsələsinə toxunan Ermənistan xarici işlər naziri Edvard Nalbandyan deyib ki, bu, ancaq böyük xülyadır: “Münaqişələri güc və ya hərbi yolla həll etməyi düşünənlər böyük xülyaya qapılmış olur. Çünki bütün müharibələrdən sonra ən pis şərtlərlə danışıqlar masasına dönmək lazım olur”.
Nalbandyanın sözlərinə görə, istənilən halda pis sülh müharibədən yaxşıdır: “Bu, təbiidir. Çünki müharibə yolu ilə məsələləri həll etmək olmaz”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: