Nalbandyan inadından döndü
10 Oktyabr 2009 Şənbə 22:15
O erməni-türk protokollarının imzalanacağı Sürix Universitetinə gəlib
ABŞ dövlət katibi Hillari Klinton, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan, həmçinin Ermənistanın İsveçrədəki səfir Şarl Aznavur erməni-türk protokollarının imzalanmalı olduğu Sürix Universitetinin binasına gəliblər.

Eyni zamanda İsveçrənin Xarici İşlər Nazirliyinin protokol xidmətinin əməkdaşları, amerikalı və türkiyəli jurnalistlər də sözügedən binaya gəliblər.

Xatırladaq ki, bir qədər əvvəl Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasını nəzərdə tutan erməni-türk protokollarının imzalanması Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın sənədlərin mətnində dəyişiklik tələb etməsi səbəbindən qeyri-müəyyən müddətə təxirə salındığı bildirilirdi.

Türkiyə telekanallarının verdiyi xəbərə görə, tərəflər Sürix Universitetin binasına toplaşsalar da hələ ki, bir-birlərilə görüşməyiblər.ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar