Nalbandyan həmsədrlərlə görüşüb
02 Mart 2012 Cümə 20:41
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunub.
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke, Jak For, İqor Popov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki qəbul edib. ANS PRESS-in “Novosti-Armeniya”ya istinadən verdiyi məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması müzakirə olunub.

Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin yanvarın 23-də Soçidə qəbul etdikləri bəyanatın həyata keçirilməsi yollarına da toxunulub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar