Nalbandyan həmsədrlərlə görüşüb
13 May 2010 Cümə Axşamı 11:35
Görüşdə tərəflərin mövqelərinin yaxınlaşdırılması məsələsi müzakirə olunub.
Brüsseldə işgüzar səfərdə olan Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədrləri - Bernar Fasye, Robert Bradtke və İqor Popov, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşüb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Görüşün gündəliyində Dağlıq Qarabağ probleminin nizamlanması üzrə Madrid prinsipləri ətrafında tərəflərin mövqelərinin yaxınlaşdırılması ilə bağlı məsələlər olub”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupu mayın 5-də münaqişə tərəflərinin Madrid prinsipləri əsasında danışıqlarda tərəqqiyə hazır olmalarına dair bəyanatla çıxış edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: