"Nabukko"nun gücü iki dəfə azaldılacaq
20 Fevral 2012 Bazar Ertəsi 14:16
Konsorisum borukəmərinin gücü və uzunluğunu azaltmaq barədə düşünür
"Nabukko" qazkəməri layihəsini reallaşdıran konsorisum borukəmərinin gücü və uzunluğunu azaltmaq barədə düşünür. ANS PRESS-in məlumatına görə, bu barədə The Wall Street Journal qəzeti mənbəyə istinadəm yazıb. Bu informasiya rəsmən təsdiq olunmayıb.

"Nabukko"nun ilkin reallaşma layihəsi 3 min 900 km uzunluğunda borukəmərinin tikintisini nəzərdə tutur. Bu borukəməri Türkiyə, Bolqarıstan, Rumıniya və Macarıstan ərazisindən keçərək Orta Asiya ilə Avstriyanı birləşdirməli idi. Nabukko"nun gücü isə 31 milyard kubmetr qaz olmalı idi.

WSJ mənbəsinin məlumatına görə, yeni təklif "Nabukko"nun gücünü iki dəfə aşağı salacaq və qazkəməri yalnız Avstriya və Bolqarıstandan keçəcək.

Nəşrin yazdığına görə, eyni zamanda "Nabukko" konsorsiumu hələlik ilkin layihədən imtina etməyib. Amma tikintinin başlama və qazkəmərinə start verilməsi tarixləri artıq bir neçə təxirə salınıb. Belə ki, ötən ilin oktyabr ayında təchizat üçün start tarixi 2017-ci ildən 2018-ci ilə dəyişdirilib



DOSTLARINLA PAYLAŞ:

oyunlar