Nabukko başqa xətlə birləşdiriləcək?
17 Fevral 2011 Cümə Axşamı 21:58
Avropa Birliyi maraqlı təkliflə çıxış edib
Avropa Birliyi strateji cəhətdən iki mühüm qaz kəməri “Nabukko” və “İTGİ”nin (Türkiyə-Yunanıstan-İtaliya) birləşdirilməsini təklif edir. Bu barədə “Reuters” naməlum mənbələrə istinadən yazıb. ANS Layihələrin operatorları belə bir imkanın olduğunu, amma məsələ ilə bağlı konkret danışıqların hələlik aparılmadığı bildirilir.

Sərmayədarlar “ITGI”nin tikintisini 3,4 milyard dollar, “Nabukko”nu isə 10, 7 milyard dollar civarında qiymətləndirirlər. Hər iki layihə Avropa Birliyi üçün strateji əhəmiyyət daşıyır. Qaz kəmərləri birləşdiriləcəyi təqdirdə, tikinti işləri iki mərhələdə aparılacaq: ilk öncə qazı Yunanıstan və İtaliyaya gətirəcək "Cənubi dəhliz"in birinci fazası (Southern Corridor Phase I), daha sonra layihənin ikinci fazası Avstriyaya qədər uzanacaq.

Qeyd edək ki, “Nabukko” Avropa İttifaqının Rusiyadan olan asılılığını azaldacaq. Öz növbəsində Rusiya həmin istiqamətdə “Cənub axını” qaz kəmərini tikməyi planlaşdırır ki, bu kəmərlə vasitəçi ölkələrin yardımı olmadan yanacağı Cənubi Avropaya tədarük etmək imkanı əldə edir.

Xatırladaq ki, ötən il İtaliyada “Nabukko” ilə “Cənub axını”nın birləşdirilməsini təklif edirdilər, amma Rusiya bu təkliflə razılaşmadı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar