Myanmarda müsəlmanlara qarşı soyqırımı davam edir
30 Sentyabr 2013 Bazar Ertəsi 09:03
Müsəlman iş adamının buddist taksi sürücünü təhqir etməsi ölkədə gərginliyə səbəb olub.
Gecə saatlarında Myanmarın Araka əyalətindəki Çandve sahil qəsəbəsində müsəlmanlara aid iki ev yandırılıb.
ANS PRESS-in "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, avtomobilini kiçik bir müəssisənin qarşısında saxlamaq istəyən Buddist taksi sürücüsü müəssisənin müsəlman sahibi tərəfindən təhqirə məruz qalır. Onun bununla bağlı polisə müraciət etməsi isə buddistlərlə müsəlmanlar arasında gərginliyin yaranmasına səbəb olub.
Yerli hökumət rəsmisi Vin Myaingin mətbuata verdiyi açıqlamasında, müəssisə sahibinin həbs olunduğunu, ifadəsi alındıqdan sonra isə sərbəst buraxıldığını bildirib. Qəzəbli buddistlərin iş adamının evini mühasirəyə alaraq daşa basdığlını deyən Myaingin qeyd edib ki, yaranan gərginlik nəticəsində iki müsəlman evi yandırılıb.
Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri vəziyyəti nəzarət altına almağa çalışıır.
Qeyd edək ki, 3 ay əvvəl də adı çəkilən qəsəbədə baş verən oxşar hadisə nəticəsində müsəlmanlara aid iki ev yandırılmışdı. Əhalisinin böyük əksəriyyəti Buddistlərdən ibarət olan Myanmarda baş verən etnik qarşıdurmada çoxu müsəlman olmaqla 250 nəfər həlak olub, 140 mindən artıq müsəlman isə yaşadıqları yerdən köçməyə məcbur olub.
DOSTLARINLA PAYLAŞ: