Myanmada 20 il ərzində ilk parlament seçkiləri keçirilir
07 Noyabr 2010 Bazar 06:00
Hillari Klinton: “Seçkilər repressiya rejimi şəraitində keçirilir və beynəlxalq standartlara cavab verə bilməz”.
Myanmada son 20 il ərzində ilk dəfə parlament seçkiləri keçirilir. Bu ölkədə 48 ildir hakimiyyətdə hərbçilərdir.

Deputatlığa yüzlərlə iddialı müxalifətçi, o cümlədən, Nobel sülh mükafatı laureatı Aun San Su Çji həbsxanalarda və ya ev dustaqlığındadır. ABŞ-ın dövlət katibi Hillari Klinton bəyan edib ki, Myanmada seçkilər repressiya rejimi şəraitində keçirilir və beynəlxalq standartlara cavab verə bilməz.

1990-cı ildə keçirilən parlament seçkilərində müxalifət inandırıcı qələbə qazanmışdı. Lakin hərbi rejim səsvermənin nəticələrini tanımamışdı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar