Muzeyə hədiyyə edilən bomba partladıldı
15 Yanvar 2010 Cümə 21:15
Bombanın partladılması prosesinin videoyazısı isə yenə də, muzeyə verilib
Alyaskadakı barlardan birində sərgilənən II Dünya müharibəsindən yadigar qalan bombanın istifadəyə tam yararlı olduğu məlum olub.

ABŞ hərbçiləri 1263 futluq hava mərmisini çərşənbə günü partladıb. O, 60 il ərzində gücünün yarısını itirməsinə baxmayaraq partlayış o qədər də zəif alınmayıb.

Mərmi Kadyaka Hərbi Tarix Muzeyinə yerli sakinlər tərəfindən hədiyyə olunub. Muzeyin direktoru müəyyən edib ki, bu təkcə adi eksponat deyil, həm də istifadəyə yararlı hərbi sursatdır.

Fort-Riçardson hərbçilərinin bombanı tədqiq etməsindən sonra müəyyən olunub ki, onda partlayıcı maddə var.

Bombanın partladılması prosesi lentə alınıb. Onun videoyazısı isə muzeyə verilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar