Müxalifətsiz keçən seçkilər başa çatıb
27 Dekabr 2009 Bazar 20:30
Özbəkistandakı parlament seçkilərində seçicilərin 50 faizindən çoxu iştirak edib
Bu gün Özbəkistanda keçirilən parlament seçkiləri başa çatıb. Özbəkistanın Mərkəzi Seçki Komissiyasının sədri Uluqbek Abdusalomovun verdiyi məlumata görə, seçicilərin 50 faizindən çoxu seçkilərdə iştirak edib.
Qeyd edək ki, seçkinin baş tutması üçün səsvermədə seçicilərin 33 faizinin iştirakı kifayət idi.
Seçkilərdə 4 partiya iştirak edib. Onların hamısı fəaliyyətdə olan prezident İslam Kərimovun yürütdüyü siyasəti dəstəkləyir.
Xatırladaq ki, ATƏT Özbəkistanda keçirilən seçkilərə müşahidəçi göndərməkdən imtina edib. Qurumdan bildirilib ki, təşkilatın heç bir tövsiyəsi Özbəkistan hökuməti tərəfindən nəzərə alınmır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: