Müxalifətin aksiyası dağıdıldı
01 Avqust 2010 Bazar 16:45
Moskvada azadlıq şüarları səsləndirən 75-dən artıq müxalifət fəalı həbs olunub.
Rusiyanın paytaxtı Moskvada müxalifətin Qələbə meydanında konstitusiyanın sərbəst toplaşma azadlığını əks etdirən 31-ci maddəsinin müdafiəsi məqsədilə keçirdiyi aksiyada milislə toqquşma baş verib. Nəticədə milis 75 -dən artıq müxalifət fəalını həbs edib. Saxlanılanlar arasında müxalif yönümlü siyasətçi Boris Nemtsov və sol cəbhənin müxalifət lideri Sergey Udaltsov da var.
Hökumət aksiyanın icazəsiz olaraq keçirildiyini deyib. Müxalifətin Mayakovskinin abidəsi ətrafında yürüş keçirməyə icazənin verilməməsini hakimiyyət həmin vaxtda bu ərazidə motofestivalın keçirilməsi ilə əlaqələndirib.
Qeyd edək ki, müxalifətin aksiyasında 2 minə yaxın adam iştirak edib. Milis azadlıq şüarlarını səsləndirən gəncləri avtobuslara yığaraq ərazidən uzaqlaşdırıb. Jurnalistlərin və hüquq müdafiəçilərinin də olduğu meydan sonradan milislər tərəfindən mühasirəyə alınıb. Baş verən qarşıdurmada bir milis əməkdaşının xəsarət aldığı bildirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: