Müxalifət Tripoli ətrafındakı əraziləri ələ keçirib
28 Fevral 2011 Bazar Ertəsi 19:53
Qəddafi əleyhdarları böyük yaşayış məntəqələrini zəbt edə bilib.
Liviya müxalifəti paytaxt Tripoli ətrafındakı əraziləri ələ keçirib. "Əl-Cəzirə" telekanalının məlumatına görə, Qəddafi əleyhdarları üç böyük yaşayış məntəqəsini zəbt edə bilib. Amma tutulan məntəqlərin adları açıqlanmır. Qeyd edək ki, ötən gün, yəni fevralın 27-də müxalifət Tripoli yaxınlığında yerləşən Az-Zaviyaxaya da nəzarəti ələ keçirib.

"Reuters" isə nümayişçilərin Tripolidən 200 km aralıda yerləşən Misurat şəhərini ələ keçirdiklərini yazır. Şahidlərin sözlərinə görə, müxalifətçilər Qəddafinin hərbi bazasının müqavimətini qıraraq, bütün heyəti ələ keçirə bilib.

Tripolinin özündə isə Liviya diktatorunun tərəfdarları ona sadiq olduqlarını nümayiş etdirir. Təsdiq edilməyən bəzi məlumatlara görə, Qəddafi hələ də paytaxt Tripolidə Bab al-Əziziyə rayoununda qalır və şəhərdəki vəziyyətə nəzarət edir.

Qeyd edək ki, Liviya vətəndaş müharibəsi astanasındadır. Fevralın 16-dan başlayan iğtişaşlar hələ də davam edir. Ölkədə toqquşmalar nəticəsində həlak olanların dəqiq sayı bilinmir. Müəmmar Qəddafi isə qətiyyətlə istefa verməyəcəyini bəyan edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar