Müxalifət Saakaşvilini istefaya çağırıb
09 Aprel 2009 Cümə Axşamı 18:45
Tiflisdə keçirilən mitinqdə Gürcüstan prezidentinə müraciət ünvanlanıb

Tiflisdə müxalifətin keçirdiyi aksiyada Gürcüstan prezidenti Mixail Sakaşviliyə müraciət qəbul edilib və o, istefaya çağırılıb. Aksiyanın gedişində «Demokratik hərəkat-Vahid Gürcüstan» partiyasının lideri Nino Burcanadze bildirib ki, müxalifət tələbində həmrəydir və ona görə də Mixail Saakaşvili istefaya gedəcək. Etiraz aksiyasının təşkildatçılarından olan David Maqradze isə deyib ki, müxalifətin məqsədi ölkədə hakimiyyətin i nqilab yolu ilə yoX Konstitusiyaya uyğun şəkildə dəyişdirilməsidir.
Müxtəlif məlumatlara görə, müxalifətin Tiflisin müxtəlif yerlərində təşkil etdiyi aksiyalarda təxminən 100-120 min nəfər iştirak edir. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar