Müxalifət lideri istefa verdi
24 Mart 2013 Bazar 17:36
Əhməd əl-Xətib bu addımı daha yaxşı işləmək üçün atdığını bəyan edib.
Suriya müxalifətinin lideri istefa qərarını verib. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Əhməd əl-Xətib qəbul etdiyi qərar haqda “Facebook”da məlumat yayıb. Həmçinin əl-Xətibin istefa qərarını onun rəsmi nümayəndəsi təsdiqləyib.

Əhməd əl-Xətib qərarını belə izah edib ki, istefa ona rəsmi məhdudiyyətlər olmadan işləməyə imkan yaradır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar