Müxalifət hakimiyyətin son qərarına etiraz etdi
20 Sentyabr 2013 Cümə 23:23
Ermənistan hakimiyyətinin Gömrük ittifaqına girmək qərarı konstitusiyaya ziddir.
"Ermənistan hakimiyyətinin Gömrük ittifaqına girmək qərarı konstitusiyaya ziddir". ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, bunu bu gün İrəvanda keçirilən mitinqdə çıxış edən İrs Partiyasının lideri Raffi Ovannisyan deyib.

O, bildirib ki,18 fevralda prezident seçkilərində xalqın səsini oğurlamaqla dövlət cinayəti törətmiş hakimiyyət ölkə naminə istefaya getməlidir.

Onun sözlərinə görə, sentyabrın 3-də Ermənistan və Rusiya prezidentlərinin birgə bəyanatı nə Amerikanın ziyanına, nə də Rusiyanın xeyrinədir: "Bu bəyanat yalnız Ermənistana ziyan vurur".



DOSTLARINLA PAYLAŞ:

oyunlar