Mustafa Kamal Atatürk və İsmət İnönü dirildi. Eskişehirdə "canlı tarix səhnəsi" açılıb.
Türkiyə Cümhuriyyətinin 90 illik yubileyi münasibəti ilə qardaş ölkədə maraqlı bayram tədbirləri keçirilib. ANS PRESS Türkiyə mətbuatına istinadla xəbər verir ki, Eskişehirdə "canlı tarix səhnəsi" açılıb.
Belə ki, Mustafa Kamal Atatürk və İsmət İnönü yaxın tarixi öz səsiylə izah etməyə başlayıb. Silikon heykəlləri yaradılan Atatürk və İsmət İnönünun səsləri hər kəsi maraqlandırıb.
"Canlı tarix səhnəsi"nin açılışına CHP başqanı Kamal Kılıçdaroğlu da qatılıb.