Mustafa Cemilov Krıma gire bilmeyib
03 May 2014 Şənbə 20:01
Krım tatar xalqının lideri Mustafa Cemilov artıq geri Kiyeve qayıdır.
Krımın girişinde nezaret-buraxılış menteqesi qurmuş rus esgerleri Krım-tatar xalqının lideri Mustafa Cemilovu yarım adaya buraxmayıblar.

ANS PRESS-in melumatına göre, Mustafa Cemilov artıq geri Kiyeve qayıdır. Rus esgerleri onu qarşılamağa çıxan Krım tatarlarını ise geri yarımadaya buraxıblar.

Xatırladaq ki, Krımın Armyansk qesebesinde krım-tatar xalqının lideri Mustafa Cemilovu qarşılayan kütle ile rus herbçilerinin arasında toqquşma olmuşdu. 1000-e yaxın Krım tatarı rusların yola qurduğu barrikadanı yararaq Krım serhedini keçe bilmişdi. Rusiya esgerleri havaya ateş açımışdılar.

Nezaret-buraxılış menteqesinde Rusiya OMON-nun 200 silahlı esgeri var. Yolu bir tank ve 1 zirehli döyüş maşını kesib.

Rusiya hakimiyyeti Mustafa Cemilovun Krıma ve Rusiyaya girişine 5 il qadağan qoyub. Öz xalqının vetenine qayıtması uğrunda mübarize aparan Mustafa Cemilov 15 il sovet hebsxanalarında yatıb. Bu il Nobel mükafatına onun namizedliyi verilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar