Musəvinin tərəfdarları nümayiş keçirəcək
20 İyun 2009 Şənbə 11:50
Müxalifət İranın ali dini liderinin bəyanatına baxmyaraq nümayişləri davam etdirəcəyini açıqlayıb

 

İranda iyunun 12-də keçirilən prezident seçkisindən sonra müxalifət tərəfdarlarının keçirdikləri etiraz aksiyaları bu gün də davam edəcək. "İhlas" xəbər agentliyinin məlumatına görə, İranın ali dini lideri Ayətullah Əli Xomneyinin cümə xütbəsində nümayişçilərə səbrli olmaları  barədə xəbərdarlıq etməsinə baxmayaraq İranda seçkidən sobra başlayan gərginlik davam edir.

Müxalifətin lideri, seçkidə rəsmi olaraq məğlub olmuş namizəd Mir Hüseyn Musəvinin tərəfdarları bu gün böyük bir nümayiş keçirməyi planlaşdırıblar.

Xatırladaq ki, İranın ali dini lideri Seyid Əli Xomneyi aprelin 19-da seçkidən sonra ilk dəfə iğtişaşların baş verdiyi Tehran Unirvesitetinə gəlib. O, cümə namazından əvvəl çıxış edərək xalq qarşısında seçkidən sonrakı vəziyyətə aydınlıq gətirmək istəyib və bu təhsil müəssisəsinin tələbələrilə qanun keşikçiləri arasında baş verən qarşıdurmaya münasibət bildirib. O qeyd edib ki, İslamın düşmənləri hər zaman müsəlmanlara narahatlıq verməyə çalışırlar. İmanlı insanlar ruhlarını və əqidələrini saf tutmalıdırlar. Narahat insan üçün doğru yolu tapmaq çox çətindir:

"Bu gün bizim dövlətimizin rahatlığa ehtiyacı var. Ölkədəki siyasi gərginlik Allahı yadımızdan çıxarmamalıdır. İnqilabdan sonra bizi yıxmağa çalışan və qarışıqlığa sürükləyəcək çoxlu hadisələrlə üzləşdik. Amma bizim idarə etdiyimiz sağlam gəmi hələ üzməkdə davam edir. Hər ölkənin daxilində təbii prosseslər olur. Necə ki bizdə yaşanır. Amma bu, bizi çaşdırmamalıdır. Bu gənclər bizim qurduğumuz rejimin ilk gəncləri kimi siyasi biliklərə sahib olduqlarını göstərirlər. Xarici media İrana düşmən mövqe tutub və onlar daxili gərginliyi artırmağa çalışırlar. Məqsəd bizim dövlətimizi parçalamaqdır. Mən bildirirəm ki, xalq özü 10-cu prezidentini seçib və dövlətlə həmrəy olduğunu nümayiş etdirib".

Dini liderin bu çıxışı ölkə daxilində, o cümlədən xaricdən də böyük maraqla izlənib. Dini liderin nitqini İran prezidenti Mahmud Əhmədinejad da dinləyib. /ANS PRESS/

 

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar