İranda keçirilən prezident seçkisində rəsmi olaraq məğlub olan islahatçı namizəd Mir Hüseyn Musəvi öz tərəfdarlarına müraciət edib. “Reuters” agentliyinin məlumatına görə, Musəvi tərəfdarlarını həmrəylik və seçkidən sonra etiraz aksiyaları zamanı ölənlərin xatirəsini yad etmək üçün dinc aksiyalara, yaxud da məscidlərdə toplaşmağa çağırıb.
“Bizim bir çox tərəfdarlarımız yaralanıb və ya əzab çəkiblər... Mən insanların məscidlərə toplaşaraq və ya dinc nümayişlərdə iştirak edərək həlak olanların ailələrinə öz həmrəyliklərini bildirməyi xahiş edirəm”, deyə Musəvi öz veb saytında bildirib. Musəvi qeyd edib ki, o, özü də bu aksiylarda iştirak edəcək. /ANS PESS/