İranın Daxili İşlər Nazirliyinin rəhbəri bəyan edib ki, prezident seçkilərində məğlub olan sabiq baş nazir Mir-Hüseyn Musəvi, tərəfdarlarının etiraz aksiyalarının istənilən nəticələrinə görə məsuliyyə daşıyır.
ANS PRESS-in “Reuters”ə istinadən verdiyi xəbərə görə, bunadək seçkilərin nəticələrinin Musəvinin xeyrinə yenidən nəzərdən keçirilməsini tələb edən müxalifətçilər Tehranda nümayiş keçiriblər. Nümayiş zamanı onlar avtomobillərin təkərlərini yandırıb, mağazaların vitrinlərini dağıdıb, bir neçə dəfə polis ilə qarşıdurma yaradıblar. /ANS PRESS/