Pakistanın keşmiş prezidenti şəhər kanarında yerləşən şəxsi mülkünə köçürülüb.
Dünən İslamabad şəhər məhkəməsi Pakistanın sabiq lideri Pərviz Müşərrəfin 2 həftə ərzində həbs olunmasına dair qərar çıxarıb. Qərara əsasən, Müşərrəf 2007-ci ildə hakimiyyətdə olarkən bir neçə hakimin qovulması və həbsinə göstəriş verməsi ilə əlaqədar, növbəti məhkəmə dinləməsinə qədər, polis nəzarəti altında qalmalı olacaq.
Habelə məhkəmə qərarından sonra, İslamabad Administrasiyası Müşərrəfin bu müddəti öz bağ evində keçirəcəyini elan edib ki, bu da onun əslində ev dustağı edildiyi anlamına gəlir. Dünənki məhkəmə iclasına sabiq dövlət başçısı xeyli sayda asayiş keşikçisinin müşayəti ilə daxil olub, dinləmələr gedən vaxt Müşərrəfin tərəfdarları və əleyhdarları məhkəmə binasının həyətində toplaşıb. Dinləmələrdən sonra Müşərrəf gecəni keçirdiyi polis mehmanxanasına geri aparılıb, günortadan sonra isə o şəhər kanarında yerləşən şəxsi mülkünə köçürülüb.
Qeyd edək ki, Müşərrəf hakimiyyətdə olarkən fövqaladə vəziyyət elan etdikdən sonra bir sıra ali hakimlərin, o cümlədən, ədliyyə nazirinin saxlanılmasına dair qalmaqallı qərar verib. Həmin vaxt hərbi lider onun təkrar prezident seçilməyinə mane olacağını güman edib. Ölkədə fövqaladə vəziyyətin elan olunmasına gəldikdə isə, Müşərrəf bəhanə olaraq, ölkənin şimal-qərbində taliban şəbəkəsinin genişləndiyini göstərib. Ancaq bu addımlar onun üçün əks-reaksiyaya səbəb olub. Pakistanın hüquqşünasları və vəkilləri geniş miqyaslı etirazlara başlayıb və hadisələrin inkişafı Müşərrəfin növbədənkənar seçkilər elan etməsi və könüllü istefa verməsi ilə nəticələnib.
Müşərrəf öz "Facebook" səhifəsində ittihamları siyasi motivlərə söykəndiyini deyərək həqiqətin üzə çıxanadək məhkəmədə mübarizə aparacağını deyib.