Müsəlmanların kilsələrə hücumu davam edir
09 Yanvar 2010 Şənbə 22:10
Bu artıq Malaziyada qeydə alınan 4-cü belə hadisədir
Malaziyada artıq dördüncü dəfədir ki, kilsə müsəlmanların alışqan maddələrlə hücumuna məruz qalır. Onların bü cür hərəkətlərinə səbəb isə, Malaziyada yaşayan xristianların öz dini mətnlərində "Tanrı" mənasını verən "Allah" sözündən istifadəsinə icazə verilməsidir.
Lakin bu dəfə əvvəlkilərdən fərqli olaraq lüteran kilsəsi hücuma məruz qalıb. Hadisə nəticəsində zərərçəkən olmayıb, lakin kilsənin bütün şüşələri qırılıb.
Xatırladaq ki, Malaziyada yaşayan bir çox müsəlmanlar ölkə hökumətinin 31 dekabr tarixində çıxardığı qərardan hiddətə gəlib. Qərara əsasən, katoliklərə yalnız İslam dini üçün xarakterik olan "Allah" sözündən istifadə etmək icazəsi verilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: