Müsəlmanların dualarını bütün Moskva eşidəcək
13 Avqust 2010 Cümə 21:55
Moskva meri Rusiya Müftilər Şurasının istəyini təmin etdi.
Rusiya Müftilər Şurasının Moskvada müsəlmanların bayram tədbirlərinin keçirilməsi zamanı duaların avtomobillərdə quraşdırılmış səsgücləndiricilər vasitəsi ilə yayımlanması və spirtli, o cümlədən bəzi digər içkilərin satışının məhdudlaşdırılması ilə bağlı paytaxt meri Yuri Lujkova ünvanladğı müraciət Moskva rəhbərliyi tərəfindən müsbət qarşılanıb. Səsgücləndirici quraşdırılmış avtomobillər şəhər rəhbərliyi ilə razılaşdırılmaqla Moskva şəhərinin Mərkəzi, Qərb və Şimal-Şərq inzibati dairələrində yerləşdiriləcək.
Moskva meri müsəlmanların bayram tədbirlərinin keçirildiyi yerlərin yaxınlığında alkoqollu məhsulların, zəif alkoqollu içkilərin, həmçinin şüşə qablarda olan sərinləşdirici içkilərin satışının məhdudlaşdırılması barədə də göstəriş verib.
Bununla yanaşı sərəncamda müsəlmanların əlamətdar günlərinin qeyd olunduğu ərazilərdə marşrutların və yerüstü nəqliyyat vasitələrinin hərəkət istiqamətlərinin tənzimlənməsi barədə də göstərişlər nəzərdə tutulub.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: