Müsəlmanlar torpaqlarımızı tərk etsin!
13 Noyabr 2010 Şənbə 05:05
Fransada müsəlmanlara hədələyici məktub yollayıblar.
Fransanın şərqindəki Strasburq şəhərində olan “Eyyub Sultan” məscidinin rəhbərinə 2 hədələyici məktub göndərilib. Məlumatı yayan “Europe-1” radiosunun məlumatına görə, “Avropa Azadlıq Hərəkatı” adlı qrup tərəfindən göndərilən məktublardan birindən kirşan (pudra) çıxıb. Digər zərfdən isə “Qurani Kərim”ə aid səhifənin yanmış foto-surəti və “Vaxt var ikən müsəlmanlar torpaqlarımızı tərk etsin!” yazılmış kağız çıxıb.

Göndərilən məktub və kirşanın tərkibi barədə polisin araşdırmaları davam edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar