Müsəlmanlar küçədə namaz qıldılar
19 Aprel 2014 Şənbə 04:06
İsrail polisi Məscidi-Əqsanın 10 qapısından 4-ü istisna olmaqla bütün qapıların giriş çıxışlarını bağlayıb.
İsrail təhlükəsizlik qüvvələri Məscidi-Əqsada müsəlmanlara qarşı maneələr törətməkdə davam edir.
ANS PRESS-i xəbərinə görə, yəhudilərin Pehas bayramı ("Xəmirsiz bayramı") ərəfəsində Məscidi-Əqsaya gələnlərə mane olmağa çalışır.
İsrail polisi Qüdsdə cümə namazı üçün Məscidi-Əqsaya gələn fələstinlilərdən 50 yaşdan aşağı olanları içəriyə buraxmayıb. Səbəb isə təhlükəsizliyin qorunması göstərilib.
Qərara etiraz edən Fələstinlilərisə cümə namazını küçələrdə qılıb.
İsrail polisi namazdan əvvəl Məscidi-Əqsanın 10 qapısından 4-ü istisna olmaqla bütün qapıların giriş çıxışlarını bağlayıb.
Qeyd edək ki, xristianların "Müqəddəs cümə" mərasiminə görə qədim şəhərdə həddindən artıq sıxlıq var. Bu səbəbdən də şəhərin küçələrində İsrail polisinin güclü təhlükəsizlik tədbirlərinin bu gecə və sabah davam edəcəyi bildirilib.
DOSTLARINLA PAYLAŞ: