Müsəlmanlar İspaniyada siyasi partiya yaradıb
07 Mart 2010 Bazar 06:10
Partiyanın lideri şəriət sistemi ilə idarə olunacaq Endülüs dövləti quracağı iddialarını isə qəbul etməyib
İspaniyada müsəlmanlar siyasi partiya qurublar. “İspaniyada Birlik və Yenidən Doğuş” partiyasının lideri Mustafa Bakkaç keçirdiyi mətbuat konfransında, 2011-ci il bələdiyyə seçkilərində Madrid, Barselona, Valensia, Qranda kimi böyük şəhərlərdə namizədlər irəli sürəcəklərini bildirib.

İspaniya və Mərakeş vətəndaşı olan Bakkaç yaşadığı ölkə üçün çalışacaqlarını deyib: “İspaniya üçün çalışan ispan partiyayıq. İspaniyada xristian fikirlərə sahib siyasi partiyalar varsa, müsəlmanların da partiya qurması hesab edirəm ki, problem yaratmaz”.

Mustafa Bakkaç şəriət sistemi ilə idfarə olunacaq Endülüs dövləti quracağı iddialarını isə qəbul etməyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar