Müselman qardaşları hakimiyyete qayıtmağa hazırlaşırlar
12 İyul 2013 Cümə 06:14
Müselman qardaşları Mehemmed Mursinin prezidentliyinin berpasına hazırlanır.
"Müsəlman qardaşları" hərəkatının tərəfdarları ayın sonunadək Məhəmməd Mursinin prezidentliyinin bərpasına nail olmağa hazırlaşırlar. İslamçılar Qahirədə ayın qalan üç cümə günündə kütləvi akiyalar keçirmək niyyətindədirlər. Məlumatı "Foxnews" yayıb.

"Bu etiraz aksiyaları heç kim tərəfindən hazırlanmayıb. Qarşıda üç cümə günü var və onlar dönüş nöqtəsi olacaq", - "Müsəlman qardaşları"nın liderlərindən biri olan Məhəmməb Baltagi bildirib.

Məhəmməd Mursi prezident kürsüsündən uzaqlaşdırıldıqdan sonra onun tərəfdarları Misirin iri şəhərlərində müddətsiz mitinqlər keçirirlər. Mitinqlərdə bütün sutka ərzində islamçı hərəkatların fəalları çıxış edir.

İyulun 8-də Qahirədə islamçılar və hərbçilər arasında baş verən toqquşmalar nəticəsində 53 nəfər ölüb, 400-dən artıq adam yaralanıb. "Müsəlman qardaşları"nın əksər nüfuzlu fəalları barəsində axtarış elan edilib.

Məhəmməd Mursi hərbi çeviriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılıb. Ölkəyə müvəqqəti rəhbərlik Konstitusiya Məhkəməsinin sədri Ədli Mənsura tapşırılıb. Ordu Məhəmməd Mursinin hərbi obyektlərdən birində saxlayır. O, iş məhkəməyə göndərilənədək hərbçilərin nəzarətində qalacaq.



DOSTLARINLA PAYLAŞ:

oyunlar