Müsəlman Qardaşlar bu il seçkisə iştirak edəcək
08 İyun 2011 Çərşənbə 04:12
Müsəlman Qardaşlar təşkilatı artıq fəaliyyətinə qanuni yollarla davam edir.
Misirdəki “Müsəlman Qardaşlar” (İxvanul Muslimin) təşkilatı sentyabrda ölkədə keçiriləcək parlament seçksində iştirak edəcək. Misirin rəsmi xəbər agentliyinin yaydığı məlumata görə, uzun müddət fəaliyyətinə qadağa qoyulan təşkilat yoluna “Azadlıq və Ədalət Partiyası” adıyla davam edəcək.
Təşkilat siyasi partiya statusu əldə etmək üçün bəzi daxili islahatlarla qadınların və xristianların da bu siyasi hərəkata qoşula biləcəyi istiqamətində qərar qəbul edib.
Qeyd edək ki, 1928-ci ildə yaradılan təşkilatın fəaliyyətinə 1954-cü ildə Misir dövləti tərəfindən qadağa qoyulmuşdu. İctimai nüfuza sahib olan təşkilat 2005-c ilıdə müstəqil namzədlərlə iştirak etdiyi parlament seçkisində 20 faiz səs yığmışdı. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: