Müsəlman qadınları da şalvar geyinə bilər
17 Sentyabr 2009 Cümə Axşamı 21:55
Misir müsəlmanlarının lideri maraqlı bəyanatla çıxış edib
Bu günlərdə Misir müsəlmanlarının lideri Əli Qomaa maraqlı bir bəyanatla çıxış edib. Belə ki, o qadınların şalvar geyinməsinə icazə verib.
Verilən məlumata görə, ictimai mühazirələrdən biri zamanı Misirin ali müftisinə şalvar geyməklə bağlı sual verilib. Mufti isə öz növbəsində qeyd edib ki, qadınlar dar və görünən olmamaq şərtilə şalvar geyinə bilər. Daha sonra Qomaa gülümsəyərək bildirib ki, bu sual ona qəribə gəlib.
Bu arada isə qonşu Sudanda qadınların “ədəbsiz geyimləri” ilə bağlı yaşanan qalmaqal başa çatıb. Qeyd edək ki, iyulda polisin apardığı reyd zamanı Xartum restoranlarından birində 13 şalvarlı qadın həbs olunmuşdu.
DOSTLARINLA PAYLAŞ: