Müsəlman ölkəsində çarşab qadağan edildi
20 İyul 2010 Çərşənbə Axşamı 11:45
Müsəlman ölkəsində çarşab qadağan edildi. Qadağa Suriyada tətbiq ediləcək.
Daha bir ölkədə çarşaba yasaq qoyuldu. Bu dəfə qadağa müsəlman ölkəsində tətbiq edilib. Əhalisinin 97 faizi müsəlman olan Suriyada qızların universitetə çadra ilə gəlməsi qadağan edilib. Üzü örtən geyimə qadağa həm özəl, həm də dövlət ali məktəblərinə aiddir.

Müsəlman ölkəsi olan Suriyanın belə bir addım atması xarici mətbuatda da əks-səda doğurub. Suriya isə qadağaya "Bəzi müsəlman qadınların geyindiyi və üzü bağlayan niqab, çarşab akademik və etnik dəyərlərlərə uzlaşmır" , deyə açıqlama gətirib.

Yerli mətbuatın məlumatına görə, ali təhsil naziri Qeys Barakat yaxın çevrəsinə "Qızlarımızı radikalların əlinə təslim etməyəcəyik. Suriyalılar bu hallarla mübarizə aparmağı bacarırlar" deyib.

Suriyanın rəsmi xəbər agentliyi isə qadağa tələbinin tələbələr və ailələrindən gəldiyini elan edib. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar