Müsəlman film festivalına erməni rəhbərlik edəcək
27 Avqust 2013 Çərşənbə Axşamı 21:49
Kinematoqraflar on nominasiya üzrə yarışacaqlar, həmçinin “TÜRKSOY”un xüsusi mükafatı nəzərdə tutulub.
Sentyabrın 5-dən 11-ə kimi Tatarıstanın paytaxtı Kazanda doqquzuncu beynəlxalq müsəlman kinosu festivalı keçiriləcək. ANS PRESS "İnterfaks-Reliqiya" portalına istinadən bildirir ki, bu barədə bu gün respublikanın mədəniyyət nazirinin müavini Guzel Niqmatullina bildirib.

Kinotənqidçi Sergey Lavrentyevin rəhbərlik etdiyi seçim komissiyasına 54 ölkədən 450 film daxil olub. Onların arasından 24 ölkəni təmsil edən 50 film seçilib. Beynəlxalq münsiflər heyətinə «Mosfilm»in baş direktoru, milliyyətcə erməni Karen Şaxnazarov rəbhərlik edəcək. Kinematoqraflar on nominasiya üzrə yarışacaqlar. Festivalda həmçinin «TÜRKSOY»un xüsusi mükafatı nəzərdə tutulub.

Qeyd edək ki, Karen Şaxnazarovun atası Georgi Şaxnazarov bakılıdır və 1988-ci ildə Mixail Qorbaçovun köməkçisi olub. Onun birbaşa yardımı ilə ermənilər Dağlıq Qarabağda seperatçı hərəkata başlayıblar.



DOSTLARINLA PAYLAŞ:

oyunlar